İsrail prezidentinin rəsmi qarşılanma mərasimi oldu

İsrail prezidentinin rəsmi qarşılanma mərasimi oldu

Azərbaycana səfərə gələn İsrail Prezidenti İshaq Hersoqun Bakıda rəsmi qarşılanma mərasimi olub.

AzerTimes xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İsrail prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İshak Hersoqu qarşılayıb.

Azərbaycanın və İsrailin dövlət himnləri səsləndirilib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Teqlər: