İsrail prezidenti türkiyəli həmkarı ilə yaxın vaxtlarda görüşə bilərlər

İsrail prezidenti İtzhak Herzoq türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışığı zamanı yaxın vaxtlarda görüş görüşün mümkünlüyünü müzakirə edib.

AzerTimes-ın məlumatına görə, bu barədə İsrail prezidentinin mətbuat xidməti bildirib.

Məlumatda qeyd olunub: “Prezident Hersoq bu axşam Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı keçirib və ona cansağlığı və COVID-19-dan tezliklə sağalmasını arzulayıb. Söhbət zamanı iki ölkə liderləri təzliklə görüşün mümkünlüyünü müzakirə ediblər”.