İsrail prezidenti son 14 ildə ilk dəfə Türkiyəyə səfər edib

İsrail prezidenti İshaq Hersoqun Türkiyəyə rəsmi səfəri
başlayıb.

Trend-in
məlumatına görə, iki gün davam edəcək səfər çərçivəsində İ.Hersoq
bir sıra rəsmilərlə, o cümlədən prezident Rəcəb Tayyib Ərdoğanla
görüş keçirəcək.

Görüşlər zamanı iki ölkə arasında müxətlif sahələr üzrə
ikitərəfli münasibətlər, əməkdaşlıq məsələləri müzakirə
olunacaq.


İ.Hersoq 2008-ci ildən bəri Türkiyəyə səfər edən ilk İsrail
prezidenti olub.

Qeyd edək ki, İshaq Hersoq 2021-ci ilin iyulunda prezident
seçilib.