İsrail prezidenti islahatları dayandırmağa çağırdı

İsrail prezidenti islahatları dayandırmağa çağırdı

İsrail Prezidenti İshak Hersoq hökuməti məhkəmə islahatlarının qəbulunu dərhal dayandırmağa çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.

“İsrail xalqının birliyi və məsuliyyət naminə sizi qanunvericilik prosesini dərhal dayandırmağa çağırıram”, – prezident bildirib.

Qeyd edək ki, martın 26-da gecə saatlarında Təl-Əvivdə İsrailin müdafiə naziri Yoav Qalantın istefasından sonra etirazlar aksiyaları başlayıb.

Y.Qalant ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəmişdi.

Teqlər: