İordan çayının Qərb Sahilində İsrail sərhəd polisi ilə qarşıdurmada ən azı 294 fələstinli yaralanıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti xəbər verib.
Qeyd olunub ki, bu gün Nablus vilayətinin Beyta və Osarin yaşayış məntəqələrində Cəmiyyətin briqadalarının üzərində çalışdıqları yaralananların ümumi sayı 294-ə çatıb.
Bildirilib ki, 84 nəfər rezin güllələrlə açılan atəş nəticəsində yaralanıb, daha üç nəfər – döyüş patronlarla açılan atəşdən, 189 ərəb gözyaşardıcı qazdan yaralanıb və 18 fələstinli yanığ xəsarətlər alıb.