İordan çayının Qərb sahilində İsrail polisi ilə toqquşmalarda 270 fələstinli xəsarət alıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətindən bildiriblər.
Məlumata əsasən, onların əksəriyyəti gözyaşardıcı qazdan, təxminən 50 nəfəri rezin güllələrdən xəsarət alıb, 7 nəfəri odlu silahdan yaralanıb.
Bildirilir ki, əsas toqquşmalar may ayından bəri etiraz aksiyalarının keçirildiyi Nablus şəhəri yaxınlığındakı Beyta kəndində baş verib.