Xəbər - Orxan Nəbiyev – Trend:
İsrail hökuməti koronavirusun “omikron” ştammının yayılması təhlükəsi ilə əlaqədar öz vətəndaşlarının 10 ölkəyə səfərini qadağan edib.
Trend-in məlumatına görə, bu barədə İsrail baş nazirinin işlər idarəsi bildirib.
Qeyd olunur ki, qərara əsasən, ABŞ, Türkiyə, Almaniya, Belçika, Macarıstan, İtaliya, Kanada, Mərakeş, Portuqaliya və İsveçrəyə səfərlər məhdudlaşdırılır və bu ölkələr təhlükə səviyyəsinə görə qırmızı kateqoriyaya daxil edilir.
Yeni qayda İsrail parlamentinin razılığı əsasında dekabrın 22-dən qüvvəyə minə bilər.