İsrail Müdafiə Qüvvələrinin daha iki hərbçisi Qəzza zolağında həyata keçirilən quru əməliyyatlarında həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, bunlardan biri “Qolani” briqadasının qərargah rəisi, 44 yaşlı polkovnik İshak Ben-Basat olub.
İshak Ben-Basatın İsrail ordusunun Qəzza zolağında həlak olan dördüncü polkovniki olduğu qeyd edilib.
Həlak olan digər hərbçi isə “Qolani” briqadasının 51-ci batalyonunun 19 yaşlı çavuşu Oren Alonidir.
Bununla, 7 oktyabrdan etibarən həlak olan İsrail hərbçilərinin sayı 444 nəfərə çatıb.