İsrail ordusu Qəzzanın şimalında, Cəbəliyədə HƏMAS-ın 600 döyüşçüsünü mühasirəyə alıb.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama yayıb.
Bildirilib ki, yüksək səviyyəli əməliyyatçılar da daxil olmaqla, yüzlərlə terrorçunu tələyə salınıb:
“Qəzza zolağında qalan terrorçular Cəbəliyə toplaşıb. İsrail hərbçiləri ərazini mühasirəyə alıb, mülki əhalini təxliyə edib və terrorçuları təcrid edib, qaçmalarının qarşısını alıb. Düşərgəni üç briqada mühasirəyə alıb”.
Qeyd edilib ki, təxminən 600 terrorçu təslim olub, yüzlərlə terrorçu isə məhv edilib.