İsrail ordusu Suriyanın paytaxtı Dəməşq şəhərinə raket zərbələri endirib.
AzerTimes xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
“Gecə saatlarında (01:17) Qolan təpələrindən Dəməşq əyaləti istiqamətinə raket zərbələri endirilib. Hava hücumundan müdafiə vasitələrimiz raketlərdən bir neçəsini vurub”, – SANA qeyd edib.
Məlumata görə, zərbələr nəticəsində dağıntılar var.
Qeyd edək ki, martın 30-da da İsrail ordusu Dəməşqdəki SEPAH bazalarına raket zərbələri endirmişdi.