İsrail ordusu terakt planlaşdıran şəxsi məhv etdi

İsrail ordusu terakt planlaşdıran şəxsi məhv etdi

İsrail ordusu İordan çayının qərb sahilindəki Cenin şəhərində terror aktı törətməyi planlaşdıran silahlı radikalı məhv edib.

AzerTimes xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təhlükəsizlik qüvvələri yaxın vaxtlarda terror aktı törətməyi planlaşdıran axtarışda olan şübhəlinin tutulması üçün Cenin bölgəsində əməliyyat keçirib.

“Binada barrikada quran şübhəli ilə atışma zamanı təhlükəsizlik qüvvələri onu zərərsizləşdirib. Hərbçilər arasında itki yoxdur”, – bildirilib.

Teqlər: