İsrail ordusu Suriyanın Tartus və Hama əyalətlərinə zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində 3 Suriya hərbçisi yaralanıb, dağıntılar var.
Qeyd olunub ki, bu, son həftədə ikinci hücumdur. Hücumlar səbəbindən Hələb aeroportu da fəaliyyətini dayandırmışdı.