İsrail ordusunun 5-ci briqadasının əsgərləri şənbə günü axşam saatlarında Qəzzanın cənub-şərqində Əz-Zeytun bölgəsi yaxınlığında mülki əhalinin yaşadığı ərazidə yeraltı tunel aşkarlayıblar.
AzerTimes xəbər verir ki, bununla bağlı görüntüləri İsrail ordusu yayıb.
Bildirilir ki, tuneldə raketlər, mərmilər, qumbaralar və dalğıc avadanlıqlarının istehsalı üçün sexlər və yüzlərlə təchizat yerləşdirib. Eyni zamanda HƏMAS silahlılarının müharibə boyu istifadə etdiyi bir neçə uzunmüddətli yaşayış sahəsi də var.