İsrail ordusu Qəzza zolağında “Həmas” hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib.
AzerTimes-ın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, zərbələr “Həmas”ın təhlükəsizlik postlarına və təlim düşərgəsinə endirilib.
Ölənlər və xəsarət alanlar barədə məlumat verilməyib.