İsrail ordusu mayın 15-i Qəzza zolağında 11 mərtəbəli binaya zərbə endirdiyini təsdiqləyib.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: “Bir müddət əvvəl İsrailin qırıcı təyyarələri HƏMAS terror təşkilatının kəşfiyyat xidmətlərinə məxsus hərbi texnikanın yerləşdiyi çoxmərtəbəli binaya zərbə endiriblər. Binada Həmasın “canlı qalxan” kimi istifadə etdiyi media ofisləri də yerləşirdi”.
Bildirilir ki, İsrail ordusu öncədən binadakı mülki insanlara xəbərdarlıq edib və təxliyə üçün vaxt verib.