İsrail ordusu İordan çayının qərb sahilindəki Əbu Dis kəndində keçirdiyi reyd zamanı İŞİD terrorçusunu güllələyib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
“Bu gün səhər saatlarında Əbu Dis kəndində İsrail Baş Təhlükəsizlik Xidmətinin rəhbərliyi ilə ordu və Qüds polisinin birgə keçirdiyi əməliyyat zamanı terrorçu Nabil Hələbiyyə öldürülüb”, – məlumatda qeyd olunub.
Məlumata görə, Hələbiyyə Əbu Disdəki evlərin birində zərərsizləşdirilib.