Qəzza zolağında 100 gündən çox əməliyyatlar zamanı İsrail hərbçiləri Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının 30 faizə qədərini məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə “Uoll Strit Jurnal” ABŞ kəşfiyyat agentliklərinin hesablamalarına istinadən məlumat yayıb.
“Bu rəqəmlər hərəkatı məhv etmək üçün İsrailin məqsədlərindən hələ də uzaqdır. Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən əvvəl ABŞ kəşfiyyat agentlikləri HƏMAS yaraqlılarının sayını 25-30 min arasında hesab edirdi. HƏMAS hələ də İsrailə və Qəzzada İsrail əsgərlərinə hücumu bir neçə ay davam etdirmək üçün kifayət qədər sursata malikdir”, – məlumatda bildirilib.