İsrail hərbçiləri bütün cəbhələrdə yüksək hazırlıq vəziyyətindədir.
AzerTimes xəbər verir ki, bu sözləri İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari deyib.
“Biz bütün cəbhələrdə həm hücumda, həm də müdafiədə çox yüksək hazırlıq vəziyyətindəyik. Müharibənin hədəflərinə uyğun olaraq məsuliyyətlə hərəkət edirik və ən mühüm missiya İsrail dövlətinin vətəndaşlarını qorumaqdır”, – deyə o bildirib.