İsrail ordusu Livanla sərhəd ərazidə Hizbullah qüvvələrinin ciddi müqaviməti ilə üzləşib.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Bildirilib ki, Hizbullah Livana daxil olmağa çalışan İsrail qüvvələrinə assimetrik müdaxilələr edib, bir neçə qrup pusquya salınıb.
Bu arada, İsrail Müdafiə Nazirliyinin təcili surətdə sərhədə yeni canlı qüvvə daşıdığını əks etdirən görüntü paylaşılıb. İddialara görə, İsrail ordusu ön qüvvələri gücləndirmək məcburiyyətində qalıb.
Qeyd edək ki, bu gecə İsrail ordusu Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb.