HƏMAS israilli girovları yerin altında gizlədib və bu, İsrailin onların yerini tapmasını çox çətinləşdirib.
AzerTimes xəbər verir ki, bunu HƏMAS-ın əsirliyində saxlanılan İsrail əsgəri Gilad Şalitin azad edilməsi üçün danışıqlar aparan Gerşon Baskin deyib.
“Şübhə etmirəm ki, İsrailin bir nömrəli prioriteti onları danışıqlar yolu ilə deyil, hərbi əməliyyatlar vasitəsilə tapmaq olacaq”, – Baskin qeyd edib.
O, hava hücumlarından sonra İsrailin HƏMAS liderlərini öldürmək və girovları azad etmək üçün Qəzzaya quru qoşunlarını göndərəcəyini gözlədiyini bildirib.