İsrail hərbi səylərinin “ağırlıq mərkəzini” şimala, Livanla sərhədə keçirir və müharibənin yeni mərhələsi başlayır.
AzerTimes xəbər verir ki, bu barədə İsrail müdafiə naziri Yoav Qallant bildirib.
“Ağırlıq mərkəzi şimala doğru dəyişir. Qüvvələri, resursları və enerjini şimala ötürürük. Düşünürəm ki, biz bu müharibənin yeni mərhələsinin başlanğıcındayıq və buna uyğunlaşmalıyıq”, – Qallant vurğulayıb.
O qeyd edib ki, şimal istiqamətində hərbi əməliyyatların məqsədi şimaldakı yaşayış məntəqələrinin sakinlərinin təhlükəsiz şəkildə öz evlərinə qayıtmasını təmin etməkdir.