Xəbər - Orxan Nəbiyev – Trend:
İsraildə “omikron” ştammının yayılması ilə əlaqədar ticarət mərkəzləri ilə bağlı əlavə məhdudiyyətlər tətbiq edilib.
Trend-in məlumatına görə, dekabrın 28-dən etibarən ticarət mərkəzlərinə girişlərdə nəzarət gücləndirilir.
Belə ki, yeni qaydalara əsasən. sahəsi 100 kvadratmetrdən çox olan mağazalara yalnız immunitet sertifikatı ilə daxil olmaq mümkün olacaq.
Qeyd edək ki, İsrail bir müddət əvvəl “omikron” ştammı ilə əlaqədar bir sıra məhdiyyətlər tətbiq etmiş, 10-a yaxın ölkəyə uçuşları dayandırmışdı.