İsrailin oktyabrın 26-na keçən gecə İrana endirdiyi zərbələr nəticəsində nüvə obyektlərinə zərər dəyməyib.
AzerTimes xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi X hesabında yazıb.
“İranın nüvə obyektləri zərbələrdən təsirlənməyib. MAQATE müfəttişləri təhlükəsiz ərazidədirlər və vacib işlərini davam etdirirlər”, – o bildirib.