İsrail norveçli diplomatları cəzalandırdı

İsrail norveçli diplomatları cəzalandırdı

İsrail Təl-Əvivdə yerləşən və Fələstin administrasiyası ilə iş aparan 8 norveçli diplomatın akkreditasiyasını ləğv edib.

AzerTimes xəbər verir ki, bunu İsrail xarici işlər naziri İsrail Katz bildirib.

Onun sözlərinə görə, bu addım Fələstin dövlətinin tanınması və bu yaxınlarda Norveç hökumətinin yüksək rütbəli rəsmilərinin İsrail əleyhinə çıxışlarına cavab olaraq atılıb:

“Oslo da BCM-in (Beynəlxalaq Cinayət Məhkəməsi) bizə qarşı əsassız iddiasına qoşuldu. Norveçin Fələstin məsələsi ilə bağlı birtərəfli siyasəti var, buna görə də mən Norveçin İsraildəki səfirliyinin Fələstin administrasiyasında hər hansı təmsilçiliyinə son qoymağı tapşırmışam. Bizə hücum edənlər və bizə qarşı birtərəfli siyasət yürüdənlər öz bədəllərini ödəyəcəklər”, – Katz bildirib.

Bildirilib ki, Norveç səfiri Qüdsdə Xarici İşlər Nazirliyinə çağırılıb və diplomatların akkreditasiyasının 7 gün, vizalarının isə 3 ay sonra ləğv ediləcəyi barədə məlumat verilib. İsrail onlara yeni akkreditasiya üçün İsraildəki səfirliyə müraciət etmək imkanı verib.

Teqlər: