İsrail Hizbullahın baş katibi Həsən Nəsrullahın olduğu məkana GBU-28 bombalarından istifadə edib.
AzerTimes xəbər verir ki, ABŞ istehsalı olan bu bombalar lazerlə idarə olunur və bunkerləri məhv etmək qabiliyyətinə malikdir.
2.2 ton ağırlığında olan GBU-28 6 metr qalınlığında betonu, 30 metr qalınlığında qruntu dağıda bilir.
Qərbdə bu bomba “Bunker Buster” (Bunker dağıdıcısı) adını alıb.