İsrail müttəfiqlərini İrana qarı mübarizəyə çağırdı

İsrail müttəfiqlərini İrana qarı mübarizəyə çağırdı

İsrail xarici işlər naziri İsrail Katz onlarla xarici işlər nazirini Hizbullah, İran və onların tərəfdarları ilə mübarizədə ölkəsini dəstəkləməyə çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Katz çıxışında ÇAXAL-ın İsrailə qarşı planlaşdırılmış iri raket və pilotsuz təyyarə hücumunu aşkar etdikdən sonra Livandakı Hizbullahı vurduğunu bildirib.

XİN başçısının sözlərinə görə, İsrail özünümüdafiə hüququndan istifadə edir və total müharibədə maraqlı deyil.

Teqlər: