İsrail mütləq cavab zərbəsi endirəcək – Borrell

İsrail mütləq cavab zərbəsi endirəcək – Borrell

İranın İsrailə hücumundan sonra dünya uçurumun astanasındadır.

AzerTimes xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Jozep Borrell deyib.

O, İsrailin bu hücuma cavab verəcəyinə əmin olduğuna, bununla belə vəziyyətin daha da gərginləşməməsinə ümid etdiyini bildirib:

“Dayanmaq vaxtı çatıb. Münaqişənin yayılmasının qarşısını almaq, həmçinin Qəzza zolağında müharibəni dayandırmaq vaxtıdır. Biz uçurumun kənarındayıq və ondan uzaqlaşmalıyıq. İranla mümkün olan ən yaxşı əlaqələrə malik olmalıyıq. İran mühüm regional oyunçudur və indi həmişəkindən daha vacibdir”.

Qeyd edək ki, İran aprelin 13-dən 14-nə keçən gecə İsrailə PUA və raketlərlə hücum edib.

Teqlər: