İsrailin müdafiə naziri Benni Qantz Ankaraya gələcək.
AzerTimes xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
Bildirilib ki, səfər gələn həftə reallaşacaq.
Səfər çərçivəsində Qantz türkiyəli həmkarı Hulusi Akarla görüşəcək.
İsrail Müdafiə Nazirliyi bildirib ki, bu səfər İsrail və Türkiyə arasında yenilənmiş təhlükəsizlik əməkdaşlığının bir hissəsidir.