İsrail Müdafiə Nazirliyi İrana mümkün hücuma hazırlaşmaq üçün müdafiə büdcəsinin artırılmasını istəyib.
AzerTimes xəbər verir ki, bu barədə İsrailin İctimai Yayım Şirkəti (KAN) adının açıqlanmasını istəməyən təhlükəsizlik mənbəsinə istinadən məlumat yayıb.
Xəbərlərə görə, İsrail Müdafiə Nazirliyi 2023 və 2024-cü illər üçün 10 milyard şekel (2,8 milyard dollar) artım tələb edib.