İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri istefa etdiyini açıqladı

İsrail Nazirlər Kabinətinin Milli Təhlükəsizlik üzrə məsləhətçisi və ölkənin Milli Təhlükəsizlik Şurasının (MTŞ) rəhbəri Meir Ben-Şabbat İsrail Baş Naziri Naftali Bennetti bu yayın sonunda istefa edəcəyini bildirib.

AzerTimes-ın məlumatına görə, bu barədə Baş nazirin mətbuat xidməti bildirib.

Məlumatda qeyd olunub: “Milli Təhlükəsizlik üzrə məsləhətçi və MTŞ rəhbəri Meir Ben-Şabbat 30 iyun axşamı Baş nazir Naftali Bennettə bu vəzifədə dörd il çalışdıqdan sonra istefa etmək istəyi barədə məlumat verdi. M.Ben-Şabbat vəzifəsində 2021-ci ilin avqust ayının sonuna qədər qalacaq”.