İsrailin Qəzza zolağının şimalında BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) məktəblərindən birinə endirdiyi zərbə nəticəsində 30-a yaxın insan ölüb.
AzerTimes xəbər verir ki, bu barədə Livanın “Əl-Mayadeen” telekanalı məlumat yayıb.
Bildirilib ki, hücum Cebaliya şəhəri yaxınlığındakı qaçqın düşərgəsinin qərbində yerləşən Əbu Hüseyn məktəbinə həyata keçirilib.