İsrail mediası “Akınçı”nın bu uğurundan yazdı

İsrail mediası “Akınçı”nın bu uğurundan yazdı

Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı yer Türkiyənin “Akınçı” PUA-sı sayəsində tapılıb.

AzerTimes xəbər verir ki, bir neçə ölkə mediasında türk PUA-sının bu uğuru əsas xəbər kimi dərc edilib.

Hətta İsrail mediası da “Akınçı”nın bu uğuruna biganə qalmayıb.

Məşhur “Yerusəlim Post” qəzeti türk PUA-sının texniki xüsusiyyətlərinə geniş yer verib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Teqlər: