İsrail Müdafiə Ordusunun Livanın cənubunu bombalaması nəticəsində Hizbullaha bağlı “Əl-Manar”, “Əl-Mayadin” televiziya kanallarının əməkdaşları ölüb, başqa ölkələrin KİV-inin jurnalistləri yaralanıb.
AzerTimes xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.
Bildirilib ki, hadisə nəticəsində Əl-Manar TV-nin operatoru Uisam Qasım, “Əl-Mayadin” telekanalının operatoru Həsən Nacar və xüsusi texniki mütəxəssisi Məhəmməd Reda ölüb.
Məlumata görə, aviazərbələr İsrail-Livan sərhədinin 8 km dərinliyində reallaşıb.