İsrail kəşfiyyatı HƏMAS lideri İsmayıl Haniyəni Vatsap vasitəsilə izləyib.
AzerTimes xəbər verir ki, bu barədə livanlı journalist Eliya Mane məlumat yayıb.
Onun sözlərinə görə, İsrail kəşfiyyatı Vatsap mesajı vasitəsilə Haniyənin telefonuna casus proqram quraşdırıb. Casus proqram HƏMAS liderinin yerləşdiyi evin dəqiq yerini aşkarlamağa və ona pilotsuz təyyarədən raket zərbəsi endirməyə imkan verib.
Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyən İranın paytaxtı Tehrana raket zərbəsi endirilməsi nəticəsində öldürülüb. Hücum Haniyənin İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib.