Livanın cənubundakı Əl-Adisa sərhəd kəndində İsrail ordusu ilə Hizbullah arasında hərbi toqquşma baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Hizbullah hərəkatı məlumat yayıb.
“Döyüşçülərimiz səhər saatlarından Hallet əl-Mahaferdən Əl-Adisa şəhərinə girməyə cəhd edən İsrail piyada dəstəsi ilə qarşılaşıblar”, – məlumatda deyilir.
Hizbullah iddia edib ki, İsrail ordusu itkilər səbəbindən geri çəkilməyə məcbur olub.