İsrail İspaniyanın Baş naziri Pedro Sançesin bəyanatlarına görə Madriddəki səfirini geri çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Koen X sosial şəbəkəsində yazıb.
“Əsassız ittihamları təkrarlayan İspaniyanın baş nazirinin sözlərindən sonra mən oradakı səfirimizə zəng etdim və məsləhətləşmələr üçün Yerusəlimə (Qüds) qayıtmasını söylədim”, – o vurğulayıb.