İsrail ordusu Qəzza zolağında “İslami Cihad” təşkilatının qərargahına zərbə endirdiyini açıqlayıb.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, zərbə Fələstin təşkilatının qərargahının yerləşdiyi “Deyr əl-Bələh” bölgəsindəki “Əl-Əqsa” xəstəxanasının ərazisinə endirilib:
“Zərbə İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə tərəfindən həyata keçirilib.
Hərbçilər mülki şəxslər üçün riskləri minimuma endirməyə çalışıblar”.