Qolan təpələrindən Dəməşqin cənub-qərbindəki əraziləri hədəf alan İsrail ordusu İrana bağlı qüvvələrin hərbi anbarlarını dağıdıb.
AzerTimes xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.
Məlumatda bir hərbçinin öldüyü, silah-sursat anbarlarına ziyan dəydiyi bildirilib.
Qeyd edək ki, bu, 2023-cü il ərzində İsrail ordusunun 18-ci hücumudur. Cari ildə İsrail Suriyada silah və sursat anbarları, hərbi və logistika mərkəzləri də daxil olmaqla, 40 obyekti hədəf alıb.