İsrail İranın mümkün hücumu ilə bağlı ABŞ-a mesaj göndərdi

İsrail İranın mümkün hücumu ilə bağlı ABŞ-a mesaj göndərdi

İran İsrailə qarşı hər hansı qisas əməliyyatına əl atacağı təqdirdə Təl-Əviv qəti cavab verəcək və münaqişəni başqa müstəviyə çatdıracaq.

AzerTimes xəbər verir ki, bu barədə “Axios” nəşri adının açıqlanmasını istəməyən İsrail rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, bu fikirlər İsrail hökumətinin ABŞ-a mesajında bildirilib.

“Amerika və İsrail rəsmiləri bildiriblər ki, Bayden administrasiyası və İsrail hökuməti İslam Respublikasının qaçılmaz hücuma hazırlaşmasından narahatdır”, – nəşr bildirib.

Qeyd edək ki, Baş nazir Benyamin Netanyahu aprelin 4-də İranın istənilən hərəkətinə cavab veriləcəyini deyib. O, Tehranın uzun illərdir birbaşa və ya proksi qüvvələri vasitəsilə İsrailə qarşı hücumlar etdiyinə diqqət çəkib.

Teqlər: