İsrail İranın Kosmik Mərkəzini də vurub

İsrail İranın Kosmik Mərkəzini də vurub

İranın ballistik raketlərin istehsal olunduğu və buraxıldığı SEPAH-a məxsus Şahrud Kosmik Mərkəzi ötən həftə İsrailin hücumu nəticəsində zədələnib.

AzerTimes xəbər verir ki, bu barədə “Assoşeyted Press” peyk çəkilişlərinə istinadla məlumat yayıb.

“Planet Labs PBC”dən alınan və təhlil olunan yüksək keyfiyyətli peyk şəkilləri Tehrandan təxminən 370 kilometr şimal-şərqdə, Semnandakı Şahrud Kosmik Mərkəzinin zərər gördüyünü göstərir”, – nəşr bildirib.

Zərbələr nəticəsində Şahrud Kosmik Mərkəzinin mərkəzi binasına, bir neçə qonşu binaya və anqara ziyan dəydiyi bildirilib.

Teqlər: