Ermənistan hökuməti İran və Gürcüstandakı vəziyyətə görə blokadaya düşəcəyimiz təqdirdə nə baş verəcəyini düşünməlidir.
AzerTimes xəbər verir ki, bu fikirləri erməni politoloq Qriqor Balasanyan bildirib.
Onun sözlərinə görə, İranda hərbi əməliyyatlar baş verərsə, Ermənistan üçün təhlükə yarana bilər:
“İsrail ən azı noyabr ayına qədər zərbə endirə bilməz, çünki ABŞ-ın hazırda İsraillə məşğul olmağa vaxtı yoxdur. Gürcüstanda narahatlıq yaranacaq, artıq ilkin şərtlər var. 26 oktyabr Gürcüstanda ciddi proseslər baş verəcək və dövlət üçün sınaq olacaq. On gün, yaxud bir ay davam edəcək. Qərb burada hər vəchlə hakimiyyəti ələ keçirməyə çalışır. Qorxuram ki, bütün bunlar İrandakı hərbi əməliyyatlarla paralel olacaq, yəni Ermənistanın cənub və şimal sərhədləri eyni vaxtda bağlanacaq. Bu, təhlükəlidir”.
O bildirib ki, hökumət qida, yanacaq və təbii qaz ehtiyatına yönəltməlidir:
“Ermənistanın hər iki sərhədi müəyyən müddətə bağlı ola bilər və biz bu şərtlərə tab gətirməliyik”.