İsrailə görünməmiş ziyan vurmaqla hədələyən düşmənlərimiz indiyədək görülməmiş cavabla qarşılaşacaqlar.
AzerTimes xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant İran və Hizbullaha cavab olaraq deyib.
“İran və Hizbullah keçmişdə istifadə etmədikləri üsullarla bizə zərər verməklə hədələyirlər. Kim bunu edərsə, heç vaxt görünməmiş zərbə alacaq. Ümid edirik ki, İsrailin düşmənlərinin ağlı başına gələcək və əlavə cəbhələrdə müharibəyə başlamayacaqlar”, – o bildirib.