İsrail İranı elə bir vəziyyətə salıb ki… – Ekspert

İsrail İranı elə bir vəziyyətə salıb ki… – Ekspert

İran çıxılmaz dalana dirənib. Bu səbəbdən də nə tərəfdarları razı sala, nə də müxalifləri sakitləşdirə bilir. Bu hökumətin illərdir yeritdiyi səhv siyasətin nəticəsidir ki, hazırda heç bir əlverişli yol qalmayıb. Artıq kimə nə üçün hücum edəcəklərini bilmirlər.

AzerTimes xəbər verir ki, bunu iranlı jurnalist və siyasi ekspert Mehdi Məhdəviazad deyib.

“Əgər hökumətin pərdəarxası proseslərinə nəzər salsanız, görərsiniz ki, bu, teatrı xatırladır. Məncə, hökumət Qasım Süleymaninin qisasında olduğu kimi teatr oynayır. İran hazırda fürsət axtarır ki, haradasa kimisə vursun, ya da bir yerdə partlayış törədilsin ki, bu zəhər bir yerə axıdılsın”, – o bildirib.

Ekspert qeyd edib ki, İsrailin Dəməşqdə hücum etdiyi bina İranın diplomatik korpusunun binası olmayıb:

“Hər İran rəsmisinin girdiyi, ya da yatdığı yerə “diplomatik məkan” demək olmaz. Diplomatik məkan rəsmi olaraq qeydə alınan və həm İranın Xarici İşlər Nazirliyi, hə də ümumilikdə bütün dünya tərəfindən tanınan məkan olmalıdır. Lakin istənilən halda görünən odur ki, oyun dəyişib. Hər zaman Xamenei oyunun öz xeyrinə olduğunu düşünürdü. İndi isə Sistan və Bəlucistanda baş verən hadisələrə nəzər saldıqda, təhlükəsizlik probleminin elə İranın öz ərazisində yarandığını müşahidə edə bilərik. İsrailin 7 oktyabr hadisələrindən sonra, xüsusilə axır aylardakı siyasəti ona yönəlib ki, İran ya şəhadətin şərbətini içəcək, ya da bu oyunu yekunlaşdıracaq. İsrail bütün şərait və situasiyalar üçün hazırlıqlı görünür”.

Teqlər: