İsrail İrana zərbə ilə bunu nümayiş etdirdi – Xan

İsrail İrana zərbə ilə bunu nümayiş etdirdi – Xan

Tehran cavab tədbirləri görmək niyyətində olduğunu bildirsə də, əvvəllər bu cür xəbərdarlıqlardan sonra heç bir ciddi addım atılmayıb. İranın təhlükəsizlik hesablamalarında İsraillə birbaşa toqquşma riskləri və ABŞ-ı belə bir münaqişəyə cəlb etmək ehtimalı nəzərə alınır. Buna görə də İranın cavabı dolayı yolla olacaq.

AzerTimes xəbər verir ki, bunu İslamabaddakı Siyasi Araşdırmalar İnstitutunun elmi işçisi, siyasi ekspert Əkbər Şəhriyar Xan TASS-a açıqlamasında deyib.

“İsrailin Suriyadakı İran konsulluğuna endirdiyi hava zərbəsi birbaşa və aşkar hücum kimi qiymətləndirilməlidir. Nəticə etibarilə bu hücumda 11 nəfər, o cümlədən SEPAH-ın bir neçə yüksək səviyyəli üzvü həlak olub. F-35 qırıcıları binaya 6 raket zərbəsi endirib ki, bu da çox güman, İsrail kəşfiyyat xidmətlərinin bölgədəki SEPAH hədəfləri haqqında kəşfiyyat məlumatı toplamaq qabiliyyətinin nümayişidir. Bu cür hərəkətlər, ehtimal ki, Yaxın Şərq regionunda təhlükə qavrayışını və münaqişənin eskalasiyası ehtimalını artıracaq. Bu da öz növbəsində qlobal iqtisadiyyata və ticarətə dağıdıcı təsir göstərə, habelə regional sabitliyi poza, ABŞ-ı bu münaqişəyə cəlb edə bilər”, – o bildirib.

Teqlər: