İsrail əvvəlcə HƏMAS-la işi bitirməyə çalışacaq, sonrakı mərhələdə HƏMAS və Hizbullahı silahlandıran məntəqələri müəyyənləşdirib, oraları vuracaq. Həmin məntəqələrin bir hissəsi Suriya, digərləri İran ərazisindədir.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bu məntiqlə İsrail həm Suriya, həm də İrana zərbələr endirəcək:
“Tehran bu zərbələri cavabsız qoymayacaq, müxtəlif dövlətlərdəki radikal tərəfdarlarını İsrailə və israillilərə qarşı terror hücumlarına həvəsləndirəcək. Beləcə, toqquşmalar hələ uzun müddət davam edəcək. Bu müharibədə qalib olmayacaq, minlərlə itki və dağılan şəhərlər olacaq, beynəlxalq aləm isə yenə çarəsiz duruma düşəcək”.