Aprelin 3-dən 4-ə keçən gecə İsrail Suriyanın paytaxtı Dəməşqin ətrafında yerləşən hərbi bazaya raket zərbələri endirib.
AzerTimes xəbər verir ki, bu barədə Britaniyada yerləşən Suriya İnsan Haqları Monitoriq Qrupu məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində İrana bağlı silahlı qruplaşmanın bir neçə üzvü həlak olub.
Bununla yanaşı, Dəməşq beynəlxalq hava limanı yaxınlığında bir bölgənin və Seyyidə Zeynəb bölgəsində İrana məxsus mərkəzin də raket hücumlarına məruz qaldığı bildirilir.