İsrail 26 oktyabra keçə gecə İrana qarşı keçirdiyi hava hücumu əməliyyatına “Tövbə günləri” adı verib.
AzerTimes xəbər verir ki, bu barədə “Yerusəlim Post” yazıb.
İsrail Müdafiə Ordusu şənbə günü İrana cavab zərbələri zamanı çoxsaylı hərbi obyektləri vurduğunu təsdiqləyib.
KAN11 kanalının məlumatına görə, hücum səhər saat 5:45-də, günəş Tehran üzərində doğmağa başlayanda başa çatıb.
ABŞ və İsrail rəsmiləri hücumun üç böyük dalğada baş verdiyini bildiriblər. “Axios” və “Nyu York Tayms” ikinci və üçüncü dalğaların İranın dron və raket istehsal sahələrini hədəf aldığı və 20-dən çox hədəfi vurduğunu bildirib.
İran ordusu əməliyyatdan sonra bütün təyyarələrin geri qayıtdığını elan edib.
İsrail ordusu, eyni zamanda, İranın yer-hava raket komplekslərini vurduğunu açıqlayıb.