Aprelin 19-u səhər saatlarında İsrailin İranın bir neçə bölgəsinə hava hücumu ilə bağlı xəbərlərə rəsmi Təl-Əviv münasibət bildirməyib.
AzerTimes xəbər verir ki, bu barədə “Anadolu” xəbər agentliyi İsrail ordusunun sözçüsü Piter Lernerə istinadən məlumat yayıb.
“Hələlik bu barədə şərh verə bilmərik”, – o deyib.
O, həmçinin İsrail vətəndaşları üçün təhlükəsizlik təlimatlarında heç bir dəyişiklik olmadığını açıqlayıb.