İsrail Hərbi Hava Qüvvələri İrana hücum üçün F-35 də daxil olmaqla, 100-dən çox hərbi təyyarədən istifadə edir.
AzerTimes xəbər verir ki, bu barədə İsrail mediası hərbi mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, hücumu ümumilikdə müdafiə naziri Yoav Qallant Təl-Əvivdəki qərargahdan izləyir, Baş Qərargah rəisi isə İsrail Hərbi Hava Qüvvələrinin komandanlıq mərkəzindədir.