Dekabrın 30-u səhər saatlarında İsrailin Suriya-İraq sərhədinə hava zərbələri nəticəsində İrana bağlı “Fatimiyyun” silahlı qruplaşmasının 5 üzvü həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.
Qruplaşma üzvlərinin 8 hərbi avtomobillə İraqdan Suriyaya keçmək istədikləri vaxt hədəf alındıqları bildirilib.
Qeyd edək ki, dekabrın 29-da İsrail aviasiyasının Suriyanın Dəməşq şəhərindəki beynəlxalq hava limanına hava zərbəsi endirməsi nəticəsində SEPAH-ın 11 yüksək rütbəli hərbçisi ölüb.